“Məqsədim tarix yazmaqdır” -Yeni baş məşqçi
“Yenidən Azərbaycan millisinə qayıtdığım üçün çox xoşbəxtəm. Buranı özüm üçün ikinci ev sayıram. Azərbaycanı sevirəm”.
Sportfm.az xəbər verir ki, bu sözləri Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə açıqlamasında kişi boksçulardan ibarət milli komandaya yeni baş məşqçi təyin olunan Pedro Roke deyib.
Təcrübəli mütəxəssis yığmamızın “sükanı arxasına” keçməsinə münasibət bildirib. O qeyd edib ki, qarşısına qoyulan hədəfə çatmaq üçün potensiallı boksçularımız var və Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunlarında olduğu kimi, bu dəfə də Azərbaycan boks tarixinə ilklə düşəcəyinə inanır:
“2024-cü il Paris Yay Olimpiya Oyunlarının sonunadək müqaviləyə imza atmışam. Bura qayıdışımın əsas səbəbi Rio-de-Janeyro-2016-dan sonra verdiyim sözü yerinə yetirməkdir. Məqsədim ölkə boksunda yeni tarix yazmaq, Paris-2024-də Azərbaycan adına ilk qızıl medalı yığmaya qazandırmaqdır”.
Kubalı məşqçinin sözlərinə görə, 2016-cı ildə Azərbaycandan ayrıldıqdan sonra da boksçularımızın döyüşlərini izləyib və onlar haqda müəyyən məlumata malikdir:
“ABŞ-da yaşasam belə, milli üzvlərinin görüşlərini həmişə diqqətdə saxlamışam, izləmişəm. Avropa və dünya çempionatlarında, olimpiadada da döyüşlərinə baxmışam. Yaxşı boksçular var və onları daha da inkişaf etdirmək, titul qazandırmaq üçün var gücümlə çalışacam. İnanıram ki, iştirak edəcəyimiz turnirlərdə Azərbaycan bayrağını yüksəklərə qaldıracağıq”.
Oxşar xəbərlər
"Onlarla hər bir yarışda uğur qazana bilərik” - Millimizin baş məşqçisi
Boksçularımız beynəlxalq turnirdə iştirak edəcəklər
“Bütün boksçulardan medal gözləyirəm" - Baş məşqçi
Lisenziya turnirində 12 boksçumuz olacaq
Kubalı mütəxəssis millimizə baş məşqçi təyin olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası