reklam
Ukrayna Premyer Liqası vaxtından əvvəl başa çatdırıldı
Sportfm.az xəbər saytı

Ukrayna Premyer Liqası vaxtından əvvəl başa çatdırıldı


Ukrayna Premyer Liqasında 2021/2022 mövsümü vaxtından əvvəl başa çatdırılıb.

Sportfm.az xəbər verir ki, bu gün Premyer Liqa klublarının nümayəndələrinin iştirakı ilə videoformat şəklində iclas keçirilib.

Ölkədəki müharibə şəraitininin uzanması səbəbindən çempionatın başa çatdırılmasının mümkün olmadığı üçün bu qərar verilib.

Qərarə əsasən, 24 fevral 2022-ci il tarixinə olan turnir cədvəli 2021/22 mövsümünün yekun sıralaması olacaq. Yəni Donetsk "Şaxtyor"u çempion, Kiyev "Dinamo"su 2-ci, "Dnepr-1" komandası isə 3-cü yeri tutub. Qaliblərin mükafatlandırılmayacağı bildirilib.

Qərar təsdiqlənmək üçün Ukrayna Futbol Assosiasiyasının İcraiyyə Komitəsinə göndərilib.

Oxşar xəbərlər

“Dinamo” “Borussiya”ya qalib gəldi - Yoxlama görüşü
Kubokun finalı keçiriləcək - Çempionat vaxtından əvvəl tamamlandı
Liqalar vaxtından əvvəl başa çatdırıldı - İngiltərədə
Belçikada çempion elan edildi - FOTO
Ukrayna Premyer Liqasının başlama vaxtı məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər