Zaretska qazandığı pulu Ukrayna ordusuna bağışlayır -Yardım
Azərbaycan karateçisi İrina Zaretska Portuqaliyanın Matozinyuş şəhərindəki Karate1 Premyer Liqa turnirində qazandığı pulu Ukrayna ordusuna bağışlayacaq.
Sportfm.az xəbər verir ki, , 26 yaşlı idmançı Dünya Karate Federasiyasının (WKF) rəsmi saytına açıqlaması zamanı bu barədə məlumat verib.
O, Portuqaliyadakı turnirdə Ukrayna üçün çıxış etdiyini söyləyib:
“Bu turnirdə nə özüm, nə də ölkəm Azərbaycan üçün mübarizə aparmışam. Mən həm də doğulduğum Ukrayna üçün döyüşmüşəm. Buna görə də burada qazandığım pulun hamısını Ukrayna ordusunun müharibədə vuruşmasına kömək üçün verəcəyəm. Hər töhfə yardımçı olur”.
Zaretska yarışın finalında italiyalı Silvia Semeraroya uduzaraq gümüş medal qazanıb. Nəticədə Zaretska 500 avro pul mükafatına sahib çıxıb.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Oxşar xəbərlər
FİFA-dan Rusiyaya “yaşıl işıq”
Ukrayna klubları ev oyunlarını bu ölkədə keçirəcək
“Dinamo” – “Fənərbaxça” matçı İngiltərədə keçiriləcək - Zelenski danışıqlara başladı
Belarus klubu ev oyunlarını Azərbaycanda keçirəcək
Ukraynadakı Olimpiya İdman Kompleksi atəşə tutuldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası