reklam
Latviya millisinin heyəti açıqlandı -
Sportfm.az xəbər saytı

Latviya millisinin heyəti açıqlandı -Bakıda keçiriləcək dünya kuboku üçün


Aprelin 22-dən 24-dək Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək. Mötəbər yarışda 31 ölkədən 140 idmançının iştirakı gözlənilir.

Sportfm.az xəbər verir ki, dünya kuboku yarışında iştirak edəcək Latviya yığma komandasının heyəti açıqlanıb. Yarışda Latviyanı Anna Murikova və Yelizaveta Polstyanaya təmsil edəcəklər.

Üç gün davam edəcək yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, turnirdə ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq doqquzuncu dünya kuboku yarışları olacaq. Xatırladaq ki, paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Qeyd edək ki, ikiillik fasilədən sonra xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirləri ilə əlaqədar olaraq tamaşaçılar Milli Gimnastika Arenasında bu növ üzrə də yarışları izləmək imkanı əldə edəcəklər. Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) malik olmalıdırlar.

 

Oxşar xəbərlər

Bu gün Bakıda Dünya Kubokuna start veriləcək - Bədii gimnastika üzrə
Azərbaycan yığmasının heyəti açıqlandı - SİYAHI
Dünya kubokunda ölkəmizi 7 idmançı təmsil edəcək
Dünya kuboku yarışlarında ölkəmizi 7 idmançı təmsil edəcək
Azərbaycan çempionatı start götürdü - Bədii gimnastika üzrə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər