Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azarkeşlər Dəniz Yılmaza hücum çəkdi - VİDEO
Azərbaycan milli komandasının və "Bursaspor"un futbolçusu Dəniz Yılmaz Türkiyə Super Liqasında 21-ci turun "Kayserispor"la səfər matçından qayıdarkən kəskin etirazla qarşılaşıb.
Sportfm.az xəbər verir ki, millimizin hücumçusunun sözügedən matçın 19-cu dəqiqəsində rəqib oyunçuya kobudluq edərək qırmızı vərəqə alması səbəb olub. Bursa Yeneşir hava limanında Necmi Ayıldız adlı azarkeş və klubun Konqres üzvü komandasını azlıqda qoyaraq, 0:2 hesablı məğlubiyyətə səbəbkar olan Yılmazın qabağını kəsib. Azarkeş Yılmaza "səni komandamda istəmirəm, Bursanı tərk et” deyərək etiraz edib.
Azarkeşləri klubun I vitse-prezidenti Ali Ademoğlu və baş məşqçi Mutlu Topçu sakitləşdirməyə çalışıb.
Oxşar xəbərlər
Dəniz Yılmazın taleyinə aydınlıq gəldi
Millimizin gənc üzvü oynadı, təcrübəli futbolçusu baxdı
Dəniz Yılmazın komandası darmadağın oldu
Dəniz Yılmaz “Bursaspor”dan qovuldu!
Burak Yılmaza hücum etdilər - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası