reklam
Azərbaycan millisi səfərdə uduzdu -
Sportfm.az xəbər saytı

Azərbaycan millisi səfərdə uduzdu -Dünya çempionatı


Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportfm.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv E qrupundakı 7-ci sınağında Bosniya və Herseqovina yığmasının qonağı olub. Sarayevo şəhərindəki "Qrbavitsa" stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu görüşün əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Milena Nikoliç vurub.

Bu nəticədən sonra xallarını 7-yə çatdıran Bosniya və Herseqovina seçməsi 3-cü pillədəki mövqeyini qoruyub. Azərbaycan isə 3 xalla 5-ci sırada qalıb.

Qeyd edək ki, yığma qrupdakı 8-ci görüşündə səfərdə Danimarka ilə qarşılaşacaq.

Oxşar xəbərlər

Azərbaycan yığması son oyunda qələbə qazandı - Avropa çempionatı
Qadın futbolçularımız yenə uduzdu - bu dəfə Montenegroya
Millimiz Danimarkaya qarşı - DÇ-2023
Millimiz başımızı aşağı elədi - Biabırçı nəticə
Millimiz yenə məğlub oldu - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər