Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan yığması son oyunda qələbə qazandı -Avropa çempionatı
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.
Sportfm.az xəbər verir ki, Elxan Abdullayevin baş məşqçi olduğu kollektiv 8-ci qrupdakı 3-cü sınağında Lüksemburq yığması ilə qarşılaşıb. Vilts şəhərindəki "Poetz" stadionunda oynanılan görüş Azərbaycanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Yığmanın heyətində qolları 23-cü dəqiqədə Mirmövsüm Canıyev və 77-ci dəqiqədə Mehrac Baxşəli vurublar.
Beləliklə, ilk iki qarşılaşmada Belçika və İspaniyaya uduzan milli komanda bu qalibiyyət sayəsində qrupu 3-cü sırada başa vurub.
Oxşar xəbərlər
Sonuncu görüşdə məğlub olduq
Azərbaycan millisi səfərdə uduzdu - Dünya çempionatı
Yenə böyük hesabla uduzduq - MDB Oyunları
Millimiz başımızı aşağı elədi - Biabırçı nəticə
Yığmamız seçmə mərhələyə qələbə ilə yekun vurdu - Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası