reklam
Sportfm.az xəbər saytı

"Çempionatı bərpa etmək mümkün olmayacaq" -Mirça Luçesku


"Hazırkı çempionatı bərpa etmək mümkün olmayacaq".

Sportfm.az xəbər verir ki, bunu Ukraynanın "Dinamo" (Kiyev) komandasının baş məşqçisi Mirça Luçesku "Digisport"a müsahibəsində bildirib.

77 yaşlı mütəxəssis komandasının Rumıniyada məşq etməsinin müsbət hal olduğunu bildirib: "Bu, futbolçuların növbəti oyunlara hazırlaşmasına köməklik edəcək. Bizim yoxlama oyunlarımız humanitar səbəblərdən baş tutacaq. 4 milyondan çox ukraynalı ölkəni tərk edib. Biz onların çoxuna kömək edirik. Matçlarımız pul yığmağa kömək edəcək. Lakin bu, həm də prestij məsələsidir. Bu səbəbdən, oyunçular yaxşı hazırlaşmalıdırlar".

Qeyd edək ki, Ukrayna Premyer Liqası fevralın 24-də dayandırılıb. 18 turdan sonra "Şaxtyor" (Donetsk) komandası 47 xalla birinci, Kiyev "Dinamo"su isə 45 xalla ikinci pillədə qərarlaşıb.

 

Oxşar xəbərlər

“Qalatasaray” Ukrayna klubu ilə oynayacaq - Xeyriyyə
Baş məşqçi Ukraynanı tərk etmir - Futbolçularına görə
Yeni iş yerində 4 gün çalışa bildir - Fanatlara görə getdi
"Dinamo"nun yeni baş məşqçisi müəyyənləşdi - 74 yaşlı mütəxəssis
10-cu dəfə çempion oldular!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər