Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanda azarkeş sayına limit aradan qaldırıldı
Azərbaycanda futbol oyunlarını izləyən azarkeşlərin sayına qoyulan limit aradan qaldırılıb.
Sportfm.az xəbər verir ki, bu barədə qərarı Peşəkar Futbol Liqası (PFL) verib.
Qurum ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarlarını nəzərə alaraq belə addım atıb. PFL azarkeş limiti ilə bağlı dəyişikliyi zəruri sayıb.
Ümumi məsləhətləşmələrdən sonra 30 mart, 1 apreldə keçiriləcək I Divizionun XIX və 2-3 aprel tarixlərində baş tutacaq Premyer Liqanın XXI turunun oyunlarından etibarən stadionlarda azarkeş tutumunun 100% olmasına icazə verilib. Eyni zamanda, jurnalistlərin fəaliyyətinin yaxşılaşdırılması ilə əlaqədar olaraq miks zonaların təşkili (qapalı məkanda olacaqsa, qoruyucu maskalardan istifadə olunmaq şərti ilə) bərpa olunacaq.
Oxşar xəbərlər
Millimizin matçı qapalı keçiriləcək - Koronavirusa görə
"Qəbələ"dən başqa heç bir klub məşq etməyəcək
Azərbaycan yenə futbolsuz qalacaq - RƏSMİ
Premyer Liqanın bərpa vaxtı açıqlandı
Azərbaycan Premyer Liqası bərpa olunmayacaq – 14 aprelə qədər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR
-
“Şaxtyor” yarımfinala çıxdı - Konfrans Liqası















Misli Premyer Liqası