“Məqsəd çempion olaraq geri dönməkdir” -Rövşən Hüseynli
“Araz-Naxçıvan” futzal klubunun qapıçısı Rövşən Hüseynlinin karyerasını Rusiyanın “Torpedo” komandasında davam etdirəcəyini xəbər vermişdik.
Sportfm.az xəbər verir ki, Hüseynli, sosial şəbəkə hesabında vida mesajı paylaşıb:
“2014-cü ildən çıxış etdiyim, bu yerlərə gəlməyimdə böyük və xüsusi pay sahibi olan klubdan bu gün ayrıldım. Bu günə qədər mənə dəstək olan, əziyyətimi çəkən hər kəsə minnətdaram.
Klub rəhbərlərinə xüsusi təşəkkürümü bildirirəm. Bu yolda mənə böyük ölçüdə kömək oldular. Rəhbərlik və komanda yoldaşlarım, çox sağ olun. Uğur hər zaman sizinlə olsun.
“Araz-Naxçıvan” klubu daim qəlbimdə olacaq. Bundan sonrakı karyeramı Rusiyanın “Torpedo” klubunda davam etdirəcəm. Məqsəd vətənim Azərbaycanı idmançı kimi layiqincə təmsil etmək və Rusiya çempionu olaraq geri dönməkdir”.
Oxşar xəbərlər
Azərbaycanlı futbolçu karyerasını bitirdi - 30 yaşında
Azərbaycan çempionu kim olacaq? - Yüksək Liqa
Millimizin üzvü Qazaxıstan klubunda - Transfer
"Araz Naxçıvan"da iki yeni oyunçu - Transfer
“Torpedo” Rövşən Hüseynlinin söz azadlığını əlindən aldı - Qadağa
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası