reklam
23 yaşında karyerasını bitirmək məcburiyyətində qaldı
Sportfm.az xəbər saytı

23 yaşında karyerasını bitirmək məcburiyyətində qaldı


"Mançester Yunayted"in qapıçısı Pol Vulston 23 yaşında karyerasını bitirmək məcburiyyətində qalıb. 
Sportfm.az xəbər verir ki, səbəb sağlamlıq problemləridir. 
Vulston, keçən ilin mart və aprel aylarında iki dəfə əməliyyat olunub. Göründüyü kimi, cərrahi müdaxilələr yetərsiz olub.
"Mançester Yunayted" Vulstonla bağlı verdiyi açıqlamada zədənin nə olduğunu açıqlamasa da, "Transfermarkt" bunun omba ilə bağlı problem olduğunu bildirib.

Gənc qolkiperin karyerasını bitirməsinə komanda yoldaşı David De Xea da münasibət bildirib: "Bu qədər gənc birinin təqaüdə çıxması çox kədərlidir, amma futboldan daha vacib olan normal həyat sürməkdir. O, əla oğlan və əla qapıçıdır, ona görə həqiqətən üzülürəm. Vulstona hər şeyin ən yaxşısını arzulayıram". 

Vulston İngiltərənin U-17 və U-18 milli komandalarının üzvü olub.

Oxşar xəbərlər

400 oyun keçirən ən gənc qapıçı
Karyerasını 27 yaşında bitirdi - İngiltərəli futbolçu
31 yaşında karyerasını başa vurdu
Kasilyas infarkt keçirdi
"Karyeramı ondan sonra başa vurmalıyam"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər