reklam
Sportfm.az xəbər saytı

"Mahir Emreli yaxşı transfer hesab edilə bilər, amma..." -Narazılıq


Xorvatiya mətbuatı Zaqreb "Dinamo"sunda çıxış edə edən millimizin üzvü Mahir Emreli haqda yazıb.

Sportfm.az xəbər verir ki, “Index.hr” nəşri qeyd edib ki, Emrelinin paytaxt klubuna keçməsi komandanın hücum xəttini istənilən kimi gücləndirməyib:

"Dinamo" qış transfer pəncərəsində Mahir Emreli ilə müqavilə bağlaması Martin Ojedanın transferinin baş tutmamasından sonra təsəlliverici mükafat idi. Azərbaycanlı hücumçu 2020/2021 mövsümündə "Qarabağ"da 22 qol vurmuşdu. “Legiya”da isə o qədər də “öldürücü” deyildi və sonda Polşa klubundan ayrıldı. "Dinamo" hələ də axtarışdadır. Emreli yaxşı transfer hesab edilə bilər. Amma “Dinamo”ya növbəti mövsüm oyunu üzərinə götürməyi bacaran və hədəflərinə arxalana biləcəyini sübut etmiş bir oyunçu lazımdır”.

Qeyd edək ki, bu ilin fevral ayında "Dinamo"ya keçən Mahir Emreli komandada ümumilikdə 4 oyun keçirib və fərqlənə bilməyib.

Oxşar xəbərlər

Mahir Emreli klubsuz qala bilər
Xorvatiya mətbuatı Mahirdən yazdı
Mahir məşqlərə başladı
Mahir Emreli İspaniyaya gedir - Avropa Liqası
Mahir Emreli Zaqreb "Dinamo"sunda - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər