reklam
Mahir Emreli klubsuz qala bilər
Sportfm.az xəbər saytı

Mahir Emreli klubsuz qala bilər


Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın “Dinamo” klubu 3 futbolçu ilə yollarını ayırır.

Sportfm.az xəbər verir ki, Zaqreb təmsilçisini tərk edəcək oyunçulardan ikisi müdafiəçi, biri isə hücumçudur.

Ukraynalı Boqdan Mixayliçenko, uruqvaylı Xoakin Sosa, həmçinin, bosniya və herseqovinalı Luka Melano baş məşqçi Sergey Yakiroviçin göstərişi ilə mövsümün ikinci yarısında “Dinamo”da yer almayacaqlar. Melano Sloveniya klubu “Çelye” ilə ilkin razılığa gəlib. Mixayliçenko sabiq komandası “Anderlext”ə (Belçika) qayıdacaq. İcarə əsasında çıxış edən Sosa isə müqavilə ilə məxsus olduğu İtaliya “Bolonya”sına dönəcək.

“Dinamo”nun daha iki oyunçu ilə vidalaşması gözlənilir. Rəhbərlik indi də Mahir Emreli və iranlı Sadeq Moharrami ilə yolları ayırmağın planlarını qurur.

Emrelinin “Dinamo” ilə müqavilə müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Oxşar xəbərlər

Mahir də qayıdası oldu
“Dinamo” Mahir Emrelini göndərir
“Dinamo” Emrelini transferə çıxarır
Emreli mövsümün ən zəifi oldu
“Dinamo” Mahir Emrelini yenidən icarəyə verəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər