reklam
Ronaldodan yeni dünya rekordu -
Sportfm.az xəbər saytı

Ronaldodan yeni dünya rekordu -VİDEO


İngiltərənin "Mançester Yunayted" klubunun və Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldo avstriyalı və keçmiş çexoslovakiyalı Yozef Bitsanın qol sayında rekordunu yeniləyib. 

Sportfm.az xəbər verir ki, 37 yaşlı hücumçu Premyer Liqanın XXIX turunda "Tottenhem"ə 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmada het-trik edib.

İndi Ronaldonun aktivində klub və yığma səviyyəsində 807 qol var. Bitsan isə 805 top vurmağa müvəffəq olub. Bura II Dünya müharibəsi illərində şəhər çempionatındakı qolları da daxildir. Lakin Çexiya Futbol Assosiasiyası Bitsanın rəsmi matçlarda 821 dəfə fərqləndiyini iddia edir. 

Ronaldo “Mançester Yunayted”ə 2021-ci ilin yayında İtaliya "Yuventus"undan 15 milyon avroya qayıdıb. O cari mövsüm İngiltərə Premyer Liqasında 24 oyuna 12 qol vurub və 3 məhsuldar ötürmə edib. Ronaldo Çempionlar Liqasında 6 oyuna 6 qol vurub. 2020-ci il Avropa çempionatında o, 4 oyun keçirib, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.

Təcrübəli forvardın klubla müqaviləsi 2023-cü ilin yayında başa çatır. 

“Mançester Yunayted” 29 oyundan sonra 50 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində dördüncü yerdədir.

Oxşar xəbərlər

Ronaldodan 700-cü qol
Ronaldo və Messi eyni klubda - Xəyal
"Son nəfəsimizə qədər mübarizə aparaq! İrəli, “şeytanlar”! - Çağırış
Ronaldodan 800-cü qol - UĞUR
Ronaldo haqqında daha bir iddia - transfer olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər