Amerikalı idmançı Rusiyada həbs olundu -OLAY
Məşhur amerikalı basketbolçu Britni Qriner Rusiyada həbs edilib.
Sportfm.az xəbər verir ki, Şeremetyevo gömrükçüləri onun çantasında narkotik aşkar ediblər. Bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Rusiyada – “Yekaterinburq UMMC”-də oynayan Qrinerə qarşı narkotik qaçaqmalçılığı maddəsi ilə cinayət işi açılıb.
Qriner ABŞ milli komandası ilə 2016-cı ildə Rio olimpiadasında çempionluq yaşayıb.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Oxşar xəbərlər
FİFA-dan Rusiyaya “yaşıl işıq”
Rusiya və Belarus cüdoçuları ilə bağlı qərar verildi - Yarışlarada iştirak etməyəcəklər
Belarus klubu ev oyunlarını Azərbaycanda keçirəcək
Ukraynadakı Olimpiya İdman Kompleksi atəşə tutuldu
Ruslar təzminat tələb edir - Dünya çempionatına görə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası