Dünya çempionatı təxirə salındı
Beynəlxalq Şahmat Federasiyası (FİDE) komandalararası dünya çempionatını təxirə salıb.
Sportfm.az xəbər verir ki, bu barədə FİDE-nin rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, İsrailin ev sahibliyi edəcəyi turnir bu ilin aprelində yox, noyabrda keçiriləcək. Qurum bu addımı Rusiya və Ukrayna arasında davam edən müharibə səbəbindən iki ölkə komandalarının dünya çempionatında iştirak edə bilməmələri ilə əlaqləndirib. Qərarda digər komandaların mundialda iştiraklarını təsdiq etməmələri də həlledici rol oynayıb.
FİDE hər iki ölkəni hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.
7-14 apreldə keçirilməsi planlaşdırılan dünya çempionatına Azərbaycan yığmasının da qatılması nəzərdə tutulurdu.
Oxşar xəbərlər
Belarus və Rusiya yığmalarını yarışlardan kənarlaşdırıldı - FIDE
Dünya çempionatı təxirə salındı - Müharibə səbəbindən
İddiaçılar Turnirini təxirə salındı - FIDE
Dünya çempionatı ləğv edildi
Badminton da "virusa yoluxdu" - dünya çempionatı təxirə salındı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası