“Lill”-“Çelsi” və PSJ-“Real Madrid” matçları neytral meydançada keçiriləcək -Çempionlar Liqası
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Lill”-“Çelsi” və PSJ-“Real Madrid” matçları ilə bağlı vəziyyəti şərh edib.
Sportfm.az xəbər verir ki, Fransada yarışlarda iştirak edən bütün idmançıların koronavirusa qarşı peyvənd edilməsi tələb olunur. Bu isə London və Madrid klublarının peyvənd olunmamış oyunçularının matçlarda iştirakına mane ola bilər.
“UEFA fevral ayında klub yarışlarının bərpası ərəfəsində Avropadakı bütün maraqlı tərəflərlə əlaqə saxlayır. Hər bir ölkədə matçların hansı konkret şərtlər altında keçiriləcəyi həmin ölkənin səlahiyyətli orqanlarının qərarlarından asılıdır”, - deyə qurumun bəyanatında deyilir.
ESPN-in məlumatına görə, hazırda oyunların neytral meydançalarda keçiriləcəyi ehtimalı var. UEFA-nın qaydalarına əsasən, ev sahibləri neytral ölkədə yerləşən alternativ məkan təklif etməlidirlər.
Oxşar xəbərlər
Peyvənd olunmayan oyunçular Fransaya buraxılmayacaq - Çempionlar Liqası
"Qarabağ" "Marsel"lə harada görüşəcək? - Günün sualı
Ən yaxş klubların siyahısı - UEFA açıqladı
“Dinamo” – “Alkmaar” matçı neytral meydanda keçirilə bilər - Koronavirusa görə
Madrid klubu narazıdır - Oyun neytral stadionda keçirilsin
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası