Harramiz "Neftçi"dən FIFA-ya şikayət etdi -Təzminat
“Neftçi”ni problemli tərk edən Harramiz Soareş paytaxt təmsilçisindən ciddi təzminat məbləği almaqda israrlıdı.
Sportfm.az Fubolpress.az-a istinadən xəbər verir ki, San-Tome və Prinsipidən olan futbolçu bu məqsədlə FIFA-ya şikayət ünvanlayıb. 31 yaşlı vinger “ağ-qaralar”dan müqaviləsinin nəzərdə tutulduğu qalan müddətin – ilyarımın pulunu tamamilə almaq niyyətindədi.
Bundan sonra məsələ hüquqi müstəvidə həllini tapmalıdı. FIFA futbolçunu haqlı hesab etsə, Azərbaycan klubu təzminat ödəməklə yanaşı, sanksiyaya da məruz qala bilər.
“Neftçi” keçən ilin yayında Portuqaliya “Eştoril”indən gətirdiyi oyunçu ilə müqaviləyə qışda təktərəfli qaydada xitam verib. Harramiz hazırda Pireney ölkəsində “Farense”nin formasını geyinir.
Oxşar xəbərlər
Qazaxıstan klubu Balayevə təzminat ödəyəcək - AÇIQLAMA
Xəyal Nəcəfovun yeni klubu - Transfer
"Neftçi"də yeni futbolçu - VİDEO
"Neftçi"dən FİFA-ya şikayət edəcəklər
Millimizin futbolçusundan FİFA-ya şikayət olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FİFA referimizə UEFA-dan təyinat
-
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib – yarım milyondan çox mənimsəmə
-
MOİK 3–1 “Karvan-Yevlax” - VİDEO
-
“Araz-Naxçıvan” “Qəbələ”yə, “Zirə” “Sumqayıt”a qarşı - Premyer Liqa
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi açıqlandı















Misli Premyer Liqası