reklam
Slimani yenidən “Sportinq”də -
Sportfm.az xəbər saytı

Slimani yenidən “Sportinq”də -Müqavilə


Portuqaliyanın “Sportinq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportfm.az xəbər verir ki, sözügedən klub Lion “Olimpik”i ilə yollarını ayıran İslam Slimanini heyətinə qatıb.

Bu barədə Portuqaliya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Əlcəzairdən olan 33 yaşlı futbolçu ilə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb. O, Fransa klubu ilə müqaviləsinə xitam verdiyi üçün “Sportinq”ə azad agent kimi keçib.

“Sportinq” Slimani üçün tanış klubdur. O, vaxtilə formasını geyindiyi bu kluba 6 il sonra geri dönüb. İslam 2013-cü ildə bu kluba gəlmiş və üç il sonra 31 milyon avroya İngiltərə təmsilçisi “Lester Siti”yə satılmışdı.

Slimani sonradan “Nyukasl”, “Fənərbaxça”, “Monako” kimi klublarda da çıxış edib. O, 2021-ci ilin yanvarından Lion “Olimpik”ində forma geyinirdi. Bu mövsüm Fransa təmsilçisində 16 oyuna çıxan forvard, 4 qola imza atıb.

Oxşar xəbərlər

Amin üçün 11 milyon avro - TRANSFER
Adlı-sanlı klub diviziondan oyunçu aldı
Niderlandlı hücumçu "Barselona"da - 2 illik müqavilə
"Tuluza"nın futbolçusu "Sivasspor"da - Transfer
Vaqner Lavın yeni klubu məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər