reklam
İki cüdoçumuz
Sportfm.az xəbər saytı

İki cüdoçumuz "Böyük Dəbilqə"sinin finalında


Azərbaycanın son 3 cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayıb.

Sportfm.az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev 1/8 finalda Rafael Masedonu (Braziliya), ardınca Mixael Jqankı (Türkiyə) məğlub edib. Yarımfinalda Beka Qviniaşviliyə (Gürcüstan) qalib gələn 29 yaşlı idmançı adını finala yazdırıb. Mehdiyevin həlledici görüşdə rəqibi yaponiyalı Sanşiro Murao olacaq.

100 kq-da mübarizə aparan Zelim Kotsoyev startda (1/8 final) Pyotr Kuçeraya (Polşa) uduzaraq yarışla vidalaşıb.

100 kq-dan yuxarı çəkidə çıxış edən Uşanqi Kokauri də mübarizəyə 1/8 finaldan start verib. Marvin Qado (Monako), Emre Sanal (Fransa) və Kim Min Çon (Cənubi Koreya) ilə duellərdən qalib ayrılan cüdoçu finala yüksəlib. O, qızıl medal uğrunda Batjarqalin Odkhüü (Monqolustan) ilə üz-üzə gələcək.

Oxşar xəbərlər

İki cüdoçusu finalda - Böyük Dəbilqə
Fransada 2 gümüş medal - “Böyük Dəbilqə”
Son 3 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə
Cüdoçumuz yarımfinalda - Böyük Dəbilqə
Yığmamız Almaniyadan qızıl medalla dönür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər