Ronaldo Benzemanı bir nömrə sayır -Seçim
Braziliya millisinin sabiq futbolçusu Ronaldo hazırda karyerasını davam etdirən dünyanın ən yaxşı hücumçusunun adını açıqlayıb.
Sportfm.az xəbər verir ki, veteran hücumçu "Football Italia" nəşrinə açıqlamasında İspaniya "Real Madrid"ində çıxış edən Kərim Benzemanı fərqləndirib.
O, ikinci yerə isə Almaniya "Bavariya"sından Robert Levandovskini layiq görüb: "Erlinq Holann gələcəkdə ən yaxşı olacaq. Amma hazırda Benzema və Levandovski ondan güclüdürlər. Kilian Mbappe də yaxşı hücumçudur".
Qeyd edək ki, peşəkar karyerasını 2011-ci ildə başa vurmuş Ronaldo bunadək ölkəsinin "Kruzeyro", "Korintians", Fransanın PSV, İspaniyanın "Barselona", "Real Madrid", həmçinin İtaliyanın "İnter" və "Milan" klublarının formasını geyinib. Tanınmış futbolçu eyni zamanda ikiqat dünya çempionudur.
Oxşar xəbərlər
Messi, Mbappe, Kvarasxeliya, Neymar və digərləri...
"Qızıl top" mükafatı üçün əsas namizədlər - SİYAHI
"Qızıl top"a ən real namizədlər - Siyahı yeniləndi
10 ilin rəmzi komandası - Messi, Ronaldo və Levandovski
Messi Ronaldonu ən yaxşı hücumçu adlandırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası