reklam
Cokoviç Uimbldon turnirin qalibi oldu
Sportfm.az xəbər saytı

Cokoviç Uimbldon turnirin qalibi oldu


Tennis üzrə Böyük Dəbilqə seriyalı Uimbldon turnirinə yekun vurulub.

Sportfm.az xəbər verir ki, kişilərin fərdi mübarizəsində qalib adını serbiyalı Novak Cokoviç qazanıb. Böyük Britaniyanın paytaxtı Londonda təşkil olunmuş həlledici qarşılaşmada Cokoviç isveçrəli Roje Federeri 5partiyalıq mübarizənin yekununda məğlub edib - 7:6, 1:6, 7:6, 4:6, 13:12. Görüş 4 saat 55 dəqiqə davam edib. Turnir tarixində ilk dəfə final matçının son partiyasında tay-breyk oynanılıb.

Bununla da Cokoviç ötən il qazandığı titulu qoruyub. Onun aktivində "Uimbldon"da 5, "Böyük Dəbilqə" seriyalı yarışlarda 16 qalibiyyət var.

Qeyd edək ki, Uimldon turnirinin ümumi mükafat fondu 38 milyon funt sterlinq təşkil edib.

Oxşar xəbərlər

Cokoviç 21-ci dəfə Böyük Dəbilqə turnirlərinin qalibi olub
Altıncı dəfə “Wimbledon-2021”in qalibi oldu - UĞUR
61 milyon dollarlıq turnirin qalibi məlum oldu - “Australian Open”
Cokoviç dörddəbir finala vəsiqə qazandı
"Uimbldon": Cokoviç 4-cü dəfə zirvədə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər