"Marsel" növbəti qələbəsini qazandı -VİDEO
UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Marsel" komandası Fransa Liqa 1-də XXII turun görüşünə çıxıb.
Sportfm.az xəbər verir ki, səfər oyununda rəqib "Lans" klubu olub.
Qarşılaşma "Marsel"in qələbəsi ilə başa çatıb - 2:0. Hesabı 34-cü dəqiqədə penaltidən Dimitri Paye açıb. 77-ci dəqiqədə isə yeni transfer Sedrik Bakambu yekun nəticəni müəyyənləşdirib.
Bununla da xalını 40-a çatdıran "Marsel" ikinci pilləyə yüksəlib. Komandanın ehtiyatda bir oyunu var. "Lans" isə 22 oyundan 33 xalla 7-cidir. Turnir cədvəlinə 50 xalla PSJ başçılıq edir.
Qeyd edək ki, "Qarabağ" "Marsel"lə ilk matçını fevralın 17-də səfərdə, cavab görüşünü fevralın 24-də evdə keçirəcək.
Oxşar xəbərlər
"Marsel" Bakı səfərindən əvvəl məğlub oldu - Liqa 1
"Marsel" azarkeşsiz oynayacaq - Olay
"Qarabağ"ın rəqibi 2 milyona futbolçu transfer etdi - Detallar açıqlanmadı
"Marsel" cərimələndi - Azarkeşlərə görə
Türk oyunçu "Marsel"i xilas etdi - Liqa 1
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












Misli Premyer Liqası