Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Futbolçular üçün vaksinasiya məcburi olacaq -Qərar
Braziliya Futbol Konfederasiyası (CBF) bu il öz bayrağı altında keçiriləcək turnirlərdə bütün futbolçulardan məcburi vaksinasiya tələb edəcək.
Sportfm.az xəbər verir ki, müvafiq tələblər qurumun cümə günü dərc edilən yenilənmiş tibbi reqlamentində öz əksini tapıb.
Konfederasiyanın baş həkimi Xorxe Payvanın sözlərinə görə, bu qərar futbolçuların təhlükəsizliyi ilə bağlıdır. "Bu günədək xəstəxanaya yerləşdirilənlərin əksəriyyəti peyvənd olunmayanlardır. "Omikron" ştamının yoluxuculuğu yüksəkdir və futbolçular maskasız oynayırlar. Bizim edə biləcəyimiz yeganə şey xəstəliyin ağırlaşmasının qarşısını almaq üçün onlardan peyvənd olunmasını tələb etməkdir".
Oxşar xəbərlər
Klub prezidenti peyvənd olunmağı qadağan etdi - Olay
Paytaxt klubunun futbolçuları peyvənd olunmaq istəmir! - Olay
Çingiz Hüseynzadəyə peyvənd olundu - Proses başlandı
Azərbaycan idmançılarına peyvənd vurulacaq - Tokio-2020
İdmançılara peyvənd vurulacaq - Tokio-2020
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası