Kamran Ağayev milli üçün çalışacaq -AFFA-nın təklifini qəbul etdi
Bu gün AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Azərbaycan milli komandasının sabiq qapıçısı Kamran Ağayevlə görüşüb.
Sportfm.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Məmmədov futbolçu karyerasını başa vuran Kamran Ağayevə təşəkkürünü bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Ağayev karyerası ərzində Türkiyə, Portuqaliya, Çexiya klublarında çıxış edib və Azərbaycan milli komandasının heyətində 79 oyun keçib.
AFFA-nın təklifi ilə Kamran Ağayev qapıçı məşqçiləri üçün təşkil olunan müxtəlif kurslarda iştirak edəcək, milli komandalarda qapıçı məşqçisi kimi fəaliyyət göstərəcək.
Görüşdə AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov və texniki departamentin rəhbəri Cahangir Həsənzadə də iştirak edib.
Oxşar xəbərlər
AFFA prezidenti Sadıqovu təbrik etdi - Foto
AFFA rəsmiləri milli üzvləri ilə görüşdü - FOTO
AFFA rəsmiləri yığma üzvləri ilə görüşdü - FOTO
Kamran köməkçi məşqçi oldu - Təyinat
AFFA prezidenti milli komanda ilə görüşdü - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin