Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Mahir Emreli danışıqlara başladı -klubunu dəyişir
Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşada klubunu dəyişə bilər.
Sportfm.az xəbər verir ki, “Legiya”nın forvardı Ekstraklasanın digər təmsilçisinin maraq dairəsindədir.
Söhbət Krakov “Visla”sından gedir. Qış fasiləsində bəzi oyunçularını satacaq “Visla” “Legiya”nın birdən-birə üç futbolçusuna göz dikib. Krakov təmsilçisi Emreli ilə yanaşı, Joel Abu Hanna və Maik Navroçkini də heyətinə cəlb etmək niyyətindədir. Hər üç futbolçu ilə bununla bağlı danışıq aparıldığı da bildirilir. Ancaq oyunçular “Legiya”dakından daha yüksək maaş tələb edib.
Qeyd edək ki, Mahir Emrelinin “Legiya” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.
Oxşar xəbərlər
"Legiya" Emrelisiz başladı - Klubdan ayrılacağı gözlənilir
Mahir Emreli Çexiya klubunun hədəfində - “Legiya”nı tərk edəcək
Mahir Emreli hər kəsi geridə qoydu - Ən yaxşı oyunçu oldu
Mahir Emreli tibbi müayinədən keçdi - “Legiya”da
Polşa çempionu Emreli ilə danışıqlara başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası