

İran idmançıları Xankəndidə keçirilən yarışlara qatılmayıb -Açıqlama
İran Bakıdakı səfirliyinin mətbuat şöbəsinin Azərbaycan Respublikasının Xankəndi şəhərində xüsusi idman yarışlarının keçirilməsi ilə bağlı bəyanat yayıb.
Sportfm.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Özünü İran vətəndaşı kimi təqdim edən bir neçə şəxsin 28 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Xankəndi şəhərində döyüş yarışlarında iştirakı ilə bağlı bildirmək istərdik ki, İran İslam Respublikasında MMA (qarışıq döyüş növləri) qeyri-ənənəvi döyüş idmanı zorakılıq səbəbi ilə, həmçinin mərclə əlaqəsi olduğu üçün rəsmən tanınmır və qadağan olunmuş oyunlar sırasındadır. Buna görə də, bu döyüş növünün İran İslam Respublikasında heç bir federasiyası yoxdur. Bu sahə ilə məşğul olanlar isə gizli və qeyri-qanuni fəaliyyət göstərirlər.
Dekabrın 28-də Azərbaycan Respublikasının Xankəndi şəhərində keçirilən yarışların iştirakçılarının İran İslam Respublikasının İdman Nazirliyi ilə heç bir əlaqəsi yoxdur və onlar dünyanın istənilən yerində qeyri-qanuni olaraq yarışlarda iştirak edirlər.
Səfirlik bu şəxslərin Xankəndi şəhərində adı keçən qanunsuz yarışlarda iştirakı ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyinin siyasəti arasında əlaqənin olmadığını bir daha vurğulayır. (Musavat.com)
Oxşar xəbərlər
İrandan gözlənilən addım - Qanun qəbul edilmədi
İranla əməkdaşlıq sazişi imzalandı - cüdo idman növündə
İranlı idmançılar Bakıda səs verdirlər - FOTO
İslam Oyunlarında İranı neçə idmançı təmsil edəcək?
Yığmamız Rusiyaya qarşı - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin