Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yığmamız Rusiyaya qarşı- VİDEO
16-17 fevral 2017-ci il tarixdə İran İslam Respublikasının Kirmanşah şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları keçiriləcək.
Sportfm.az xəbər verir ki, bu gün Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçin iştirakı ilə yarışın püşkatma mərasimi keçirilib. Yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə "A" yarımqrupunda mübarizə aparacaq. İran, Türkiyə, Hindistan və Monqolustan komandaları isə "B" yarımqrupunda yarışacaq.
Fevralın 16-da yarımqrup görüşləri, 17 fevralda isə final görüşləri keçiriləcək.
Məlumat üçün bildirək ki, ötən il keçirilən analoji yarışda sərbəst güləşçilərimiz yarışları 5-ci yerdə başa vurub. Buna qədər isə sərbəst güləşçilərimiz iki dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub.
Oxşar xəbərlər
İran ABŞ-da keçiriləcək Dünya Kubokunda iştirakdan imtina etdi
Yığmamız Rusiya, Kuba və Qazaxıstanla eyni qrupda
Yığmamız İrandan "bürünc"lə qayıdır
Yığmamız Rusiya millisini məğlub edib
Rio-2016: Sərbəst güləşçilərimiz komanda hesabında birinci oldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin