reklam
Yenilik -
Sportfm.az xəbər saytı

Yenilik -futbolçular avtomobildə test verəcək


İngiltərə Premyer Liqasında çıxış edən klubların futbolçuları, məşqçilər və işçiləri tətbiq edilən yeni qaydalara uyğun olaraq, bu gündən məşq və oyunlar öncəsi şəxsi avtomobillərində gündəlik ekspress-testlərdən keçəcəklər.

Sportfm.az xəbər verir ki, bu addım koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə atılıb. Oyunçular, məşqçilər və klub işçiləri analiz nəticəsi bilinənədək arenalara və ya məşq meydançalarına daxil ola bilməyəcəklər. Bir həftə ərzində belə yoxlamaların sayı 9-a çata bilər. Həmçinin həftədə 2 dəfə komanda üzvlərindən PCR testi götürüləcək.

Bundan başqa, azarkeşlər stadionlara daxil olarkən peyvənd sertifikatı və ya mənfi PCR testi təqdim etməlidirlər.

Qeyd edək ki, son məlumatalara əsasən, Premyer Liqada koronavirusa 42 yoluxma halı aşkarlanıb.

 

Oxşar xəbərlər

"Sabah" koronavirus şoku - Kütləvi yoluxma
"Neftçi"də koronavirus şoku - Baş məşqçi və futbolçularda yoluxma
Premyer Liqada koronavirus şoku - 16 yoluxma
Premyer Liqada daha 4 yoluxma
Məşhur klubda 6 nəfərin testi positiv çıxdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər