"Hər kiçik qələbə bayram üçün bir səbəbdir" -Pele abunəçilərə müraciət etdi
Əfsanəvi braziliyalı hücumçu Pele xəstəxanaya yerləşdirildikdən sonra səhhətindən danışıb.
Sportfm.az xəbər verir ki, Pele bu barədə İnstaqram səhifəsində paylaşım edib.
81 yaşlı keçmiş hücumçu son durumu ilə bağlı bu sözləri yazıb: “Dostlar, bilirsiniz ki, sentyabrın 30-dan xəstəxanadan çıxandan sonra müalicəm çərçivəsində kiçik kimyaterapiya seansları keçirdim. Bu gün mən Albert Eynşteyn Xəstəxanasındayam, 2021-ci ildə son seansımı keçirirəm. Bu nailiyyətimi sizinlə bölüşmək istədim. Axı, hər kiçik qələbə bayram üçün bir səbəbdir, elə deyilmi? Fürsətdən istifadə edib bir sıra müayinələrdən keçəcəm. Bir neçə gün burada qalacağam. Narahat olmayın, mən yeni il bayramına hazırlaşıram!”.
Qeyd edək ki, Pele sentyabrın 6-da, bağırsağındakı şiş ucbatından əməliyyat olunub.
Oxşar xəbərlər
Pelenin son durumu açıqlandı - FOTO
Pelenin son durumu açıqlandı
Pele yenidən xəstəxanaya yerləşdirildi - Kimya terapiyası keçəcək
Pelenin səhhəti ilə bağlı son durum - “Ağrısı yoxdur, əhval-ruhiyyəsi yaxşıdır"
Pele əməliyyat olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız pley-offda - Dünya çempionatı
-
Asiya Açıq Turnirinə 27 cüdoçu ilə gedirik - SİYAHI
-
“Neftçi” azarkeşləri üçün 7 sektor ayrıldı - Premyer Liqa
-
"Sabah"ın qapıçısı rəmzi komandada - Çempionlar Liqası
-
"O, ora getdi, bura gəlməsin, bu, bura gəldi, ora getməsin" - AFFA-nın təfəkkürü
-
Avropa birinciliyində 3 medal















Misli Premyer Liqası