"Beşiktaş" evdə xal itirdi -Super Liqa
Futbol üzrə Türkiyə Super Liqasında 30-cu tura start verilib.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə iki matç baş tutub.
Lider “Trabzonspor” “Rizəspor”un qonağı olub. Trabzonlular bu görüşdə məğlubiyyətə üzülüblər. “Fatih Karagümrük” isə “Kayserispor”la üz-üzə gəlib. Meydan sahibləri bu matçda darmadağına seviniblər.
Şənbə günü dörd qarşılaşma baş tutub. “Yeni Malatyaspor” evdə “Kasımpaşa”ya, “Göztəpə” isə “Alanyaspor”a 2 cavabsız qolla uduzub. Səfərdə “Adana Dəmirspor”la qarşılaşan “Başakşəhər” ardıcıl ikinci məğlubiyyətə üzülüb. “Beşiktaş” isə evdə “Hatayspor”la qarşılaşıb. İstanbul təmsilçisi bu oyundan xal itkisi ilə ayrılıb.
Turun mərkəzi matçında 3-cü pillədə qərarlaşan “Fənərbaxça” 2-ci pillədəki “Konyaspor”u qəbul edəcək.
Avropa Liqasında çıxışını başa vuran “Qalatasaray” “Qaziantep” səfərinə yollanacaq.
Türkiyə Super Liqası, 30-cu tur
18 mart
Rizəspor – Trabzonspor 3:2
Qol: Pohyanpalo, 59-pen; 64-pen; 90+5-pen – A.Ömür, 48. Djanini, 70.
Fatih Karagümrük – Kayserispor 3:0
Qol: E.Mor, 10; 36; 75.
19 mart
Yeni Malatyaspor – Kasımpaşa 0:2
Qol: Muleka, 71. A.Engin, 74.
Göztəpə – Alanyaspor 0:2
Qol: Dyedyu, 71. T.Bingöl, 90+7.
Adana Dəmirspor – Başakşəhər 2:1
Qol: T.Sanuc, 38. Byarnason, 80 – Aleksiç, 48.
Beşiktaş – Hatayspor 1:1
Qol: Batşuayi, 16 – Lobyanidze, 41.
20 mart
14:30 Sivasspor – Altay
14:30 Antalyaspor – Girəsunspor
17:00 Qaziantep – Qalatasaray
20:00 Fənərbaxça – Konyaspor
Oxşar xəbərlər
“Fənərbaxça”dan darmadağın - Türkiyə Super Liqası
"Fənər"dən səfərdə 6 qol - Super Liqa
“Fənərbaxça” “Konyaspor”a qarşı - AFİŞA
“Başakşəhər” 5 turdan sonra xal itirdi - Super Liqa
“Fənərbaxça” “Trabzonspor”a qarşı - Türkiyə Super liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası