reklam
Yerimizdə qaldıq -
Sportfm.az xəbər saytı

Yerimizdə qaldıq -UEFA reytinqi


Avrokubokların qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra ölkələrin UEFA reytinqi açıqlanıb.

Sportfm.az xəbər verir ki, Azərbaycanın avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi “Qarabağ” Bakıda “Omoniya” (Kipr) ilə heç-heçə edib.

2:2 hesablı bərabərlik Azərbaycanın reytinqinə 0.250 xal gətirib. Bununla da ölkəmiz tarixinin rekordunu təkrarlayaraq bir mövsümdə 4,375 xal toplamağı bacarıb. Buna 3-cü dəfə təsadüf olunur.

Son 5 il ərzində topladığımız xalların ümumi sayı isə 17.000-ə çatıb. Bu, sıralamada mövqeyimizə təsir etməyib. Azərbaycan Avropada 25-ci pillədə qalıb.

Azərbaycanın ən yaxın izləyicisi Rumıniyanın 16.650 xalı var. Bizdən öndə isə 19.250 xalı olan Bolqarıstan qərarlaşıb.

Cədvələ 99.212 xala malik İngiltərə başçılıq edir. İspaniya 86.998 xalla ikincidir. İlk üçlüyü 71.473 xala malik İtaliya qapayır. Türkiyə isə 25.900 xalla 16-cıdır.

Oxşar xəbərlər

“Qarabağ” hesabına irəliləyirik - UEFA reytinqi
Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi
"Qarabağ"ın hesabına xalları toplayırıq - Reytinq cədvəli
Azərbaycan mövqeyini dəyişmədi - UEFA reytinqi
"Neftçi" ölkə reytinqinə kömək etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər