reklam
Sportfm.az xəbər saytı

"Neftçi" ölkə reytinqinə kömək etdi


Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın reytinq cədvəli bəlli olub. 

Sportfm.az xəbər verir ki, Moldovada yerli "Sperantsa" klubuna 3:0 hesabı ilə qalib gələn "Neftçi" Azərbaycanın UEFA əmsalına 0,250 xal əlavə edib. 

Evdə Rumıniya təmsilçisi "Universitatya Krayova"ya uduzan (2:3) "Səbail" reytinq xalı qazandırmayıb. 

Bu mövsüm Azərbaycan 0,375 reytinq xalı qazanıb. Bunun 0,250-ni "Neftçi", 0,125 xalı isə aktivinə "Qarabağ" yazdırıb.  

"Neftçi"nin qələbəsindən sonra son 5 mövsüm üçün ümumi xal 15,750-yə çatıb. Bu göstərici ilə Azərbaycan Avropada 26-cıdır. 

25-ci pillədə olan Qazaxıstanın 16,750 xala malikdir. Ən yaxın izləyici Polşanın isə 14,875 xalla 27-cidir.

 

Oxşar xəbərlər

Azərbaycan yerində saydı
"Neftçi" Azərbaycanın aktivinə reytinq xalı yazdırdı
"Neftçi"nin qələbəsi reytinqimizə təsir etdi
"Neftçi”nin qələbəsi irəliləməyimizə səbəb oldu
Futbolumuz yerində sayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər