reklam
Güləş üzrə Azərbaycan çempionatı keçiriləcək
Sportfm.az xəbər saytı

Güləş üzrə Azərbaycan çempionatı keçiriləcək


Dekabrın 7-də sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürəcək.

Sportfm.az xəbər verir ki, milli komandalara seçim xarakteri daşıyan yarış Bakı İdman Sarayında gerçəkləşəcək. Gənclər və İdman Nazirliyi ilə birgə təşkil ediləcək çempionatı beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcəklər.

Proqrama əsasən, ilk yarış günündə yunan-Roma güləşi üzrə 55 kq, 60 kq, 63 kq, 67 kq, 72 kq, 77 kq və 82 kq-da qaliblər müəyyənləşəcək. Həmin gün saat 16:00-da yarışın təntənəli açılış mərasimi başlayacaq.

Növbəti gün klassik güləşdə 87 kq, 97 kq və 130 kq, sərbəst güləşdə isə 57 kq, 61 kq, 65 kq və 70 kq-da medalçıların adına aydınlıq gələcək.

Yarışın son günündə isə 74 kq, 79 kq, 86 kq, 92 kq, 97 kq və 125 kq-da ölkənin ən güclü sərbəst güləşçiləri bəlli olacaq.

Qeyd edək ki, ölkədə davam edən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan çempionatı azarkeşsiz keçiriləcək.

Oxşar xəbərlər

Azərbaycan çempionatının başlama vaxtı məlum oldu - Güləş üzrə
Azərbaycan çempionatı keçiriləcək - Gənclər arasında
Güləş üzrə Azərbaycan çempionatı keçiriləcək
Güləş üzrə Azərbaycan çempionatı keçiriləcək
Güləş üzrə Azərbaycan çempionatı start götürəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər