reklam
Güləş üzrə Azərbaycan çempionatı keçiriləcək
Sportfm.az xəbər saytı

Güləş üzrə Azərbaycan çempionatı keçiriləcək


Dekabrın 4-6-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək.

Sportfm.az xəbər verir ki, yarışın əsasnaməsinə uyğun olaraq, mübarizəyə yunan-Roma güləşçiləri start verəcək. Belə ki, dekabrın 4-də bütün çəki dərəcələri üzrə pəhləvanlar xalça üzərinə çıxacaqlar. İlk yarış günündə finalçılar müəyyənləşəcək, eləcə də təsəlliverici qarşılaşmalar keçiriləcək. Növbəti gün axşam seansında həlledici görüşlər baş tutacaq və güləşin bu növündə medalçılar bəlli olacaq.

Dekabrın 4-də sərbəst güləş üzrə yarışa start veriləcək. Həmin gün bu növ üzrə 10 çəkidə finalçıların adlarına aydınlıq gələcək. Ertəsi gün əvvəlcə təsəlliverici, daha sonra medal görüşləri təşkil olunacaq.

Qeyd edək ki, yarışlar hər gün saat 10:00-da başlayacaq. Çempionatın açılış mərasimi dekabrın 5-də 17:00-da start götürəcək. Çempionat boyunca arenaya giriş pulsuz olacaq.

Oxşar xəbərlər

Azərbaycan çempionatının başlama vaxtı məlum oldu - Güləş üzrə
Güləş üzrə Azərbaycan çempionatı keçiriləcək
Güləş üzrə Azərbaycan çempionatı keçiriləcək
Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşdi - FOTO
Güləş üzrə Azərbaycan çempionatı start götürəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər