"Real"dan qələbə, "Milan"dan bərabərlik -Çempionlar Liqası
UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun daha 2 oyunu keçirilib.
Sportfm.az xəbər verir ki, B qrupunda İtaliya "Milan"ı evdə Portuqaliya "Portu"su ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Hesabı 39-cu dəqiqədə qonaqların heyətində Luis Dias açıb. 61-ci dəqiqədə "Portu"nun futbolçusu Şansel Mbemba avtoqol müəllifi olub. Beləlik, Milan şəhərinin eyniadlı təmsilçiri qrup mərhələsində ilk xalını qazanıb. Qrupun digər oyununda İspaniyanın "Atletiko" (Madrid) komandası İngiltərədə "Liverpul"a qalib gələrsə, "Milan" pley-off şansını itirəcək.
Digər görüş D qrupunda baş tutub. "Real Madrid" İspaniyada Ukraynanın "Şaxtyor" (Donetsk) klubuna 2: hesabı ilə qalib gəlib. "Kral klubu"nun heyətində Kərim Benzema dubl edib. Donetsk təmsilçisində isə Fernando fərqlənib.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi
IV tur
B qrupu
21:45. "Milan" (İtaliya) - "Portu" (Portuqaliya) - 1:1
Qollar: Şansel Mbemba, 61 (avtoqol) - Luis Dias, 39
00:00. "Liverpul" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya)
Xal durumu: "Liverpul" - 9, "Atletiko" - 4, "Portu" - 5 (4 oyuna), "Milan" - 1 (4).
D qrupu
21:45. "Real Madrid" (İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 2:1
Qollar: Kərim Benzema, 14; 61 - Fernando, 39
00:00. "Şerif" (Moldova) - "İnter" (İtaliya)
Xal durumu: "Real Madrid" - 9 (4 oyuna), "Şerif" - 6, "İnter" - 4, "Şaxtyor" - 1 (4).
Oxşar xəbərlər
Qrup mərhələsində sonuncu tura start veriləcək - Çempionlar Liqası
"Mançester Siti" "Brügge"ni, "Leyptsiq" PSJ-ni sınağa çəkəcək - Çempionlar Liqası
"Beşiktaş" "Sportinq"ə, "Atletiko" "Liverpul"a qarşı - Çempionlar Liqası
"Liverpul" və "Atletiko"dan qələbə - Çempionlar Liqası
PSJ "Mançester Siti"yə, "Beşiktaş" "Ayaks"a qarşı - Çempionlar Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız pley-offda - Dünya çempionatı
-
Asiya Açıq Turnirinə 27 cüdoçu ilə gedirik - SİYAHI
-
“Neftçi” azarkeşləri üçün 7 sektor ayrıldı - Premyer Liqa
-
"O, ora getdi, bura gəlməsin, bu, bura gəldi, ora getməsin" - AFFA-nın təfəkkürü
-
"Aston Villa" - "Fənərbaxça" - VİDEO
-
"Sabah"ın qapıçısı rəmzi komandada - Çempionlar Liqası














Misli Premyer Liqası