reklam
Vüsal İsgəndərli Namiq Ələsgərova qarşı -
Sportfm.az xəbər saytı

Vüsal İsgəndərli Namiq Ələsgərova qarşı -PTT Liqası


Bu gün Türkiyə 1-ci Liqasında 11-ci tura yekun vurulub.

Sportfm.az xəbər verir ki, turun son oyun günündə azərbaycanlı futbolçuların çıxış etdiyi komandalar üz-üzə gəlib.

Namiq Ələsgərovun çıxış etdiyi "Bursaspor" öz meydanında Vüsal İskəndərlinin oynadığı "Keçiörengücü"nü qəbul edib.

Hər iki futbolçumuz start heyətdə meydan çıxıb. Ələsgərov 73, İsgəndərli isə 74-cü dəqiqədə əvəzlənib. Vüsal 53-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Görüş "Bursaspor"un 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra xallarını 14-ə çatdıran "Bursaspor" 7-ci pilləyə yüksəlib. 7 xalı olan "Keçiörengücü" isə 19 komanda arasında 18-ci sırada qərarlaşıb.

Oxşar xəbərlər

Vüsal İsgəndərli oynadı, komandası qələbə qazandı
Namik qol vurdu, "Bursaspor" qələbə qazandı - Türkiyə 1-ci liqa
Namiq üçün 80 dəqiqə - Türkiyə I Liqası
Namiq doğma meydanda məğlubiyyət şahidi oldu
Vüsal İsgəndərli oynadı, komandası uduzdu - Türkiyə 1-ci liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər