reklam
Sportfm.az xəbər saytı

"Araz"dan uğursuz start -Çempionlar Liqası


Azərbaycanın futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsindəki təmsilçisi “Araz-Naxçıvan” bu gün mübarizəyə başlayıb. 

Sportfm.az xəbər verir ki, ölkə çempionu ilk oyunda Ukraynanın “Uraqan” komandasıyla qarşılaşıb. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

Zədəli olduğuna görə İsaq Surğalı və Rizvan Fərzəliyev “Araz-Naxçıvan”a kömək edə bilməyib. Komandanın itkiləri bununla yekunlaşmayıb. Hazırda komandanın düşərgəsində olan Xətai Bağırov da bu oyunda meydana çıxa bilməyib. O, ilkin mərhələnin “Raba” ilə keçirilən son görüşündə qırmızı vərəqə aldığına görə cəzalıdır. Görüş isə Ukryana komandasının qələbəsi ilə yekunlaşıb. 

Futzal, Çempionlar Liqası, əsas mərhələ

28 oktyabr

Uraqan (Ukrayna) – Araz-Naxçıvan 2:1
Qol
: N.Şved, A.Farenyuk, - R. Çovdarov
Hakimlər: Yosip Barton (Şimali Makedoniya), Deyan Veseliç (Sloveniya), Kriştiano Joze Kardozo Santos (Portuqaliya)
Time keeper: Denis Kutsi (Ukrayna)
Hakim-inspektor: Patrik Villemark (Belçika)
UEFA nümayəndəsi: Stefan Kammerer (Almaniya)

Uraqan: 12. Roman Koltok (k), 7. Mikola Qritsina, 8. Vitali Radeviç, 9. Roman Kordoba, 10. Artyom Farenyuk, 21. Taras Levandivski, 5. Taras Onufrak, 11. Sergey Koval, 17. Ruslan Şeremeta, 20. Vladislav Zavertani, 29. Nazar Şved, 33. Mixaylo Qritsina, 34. Maryan Maseviç, 78. Danil Abakşin.
Baş məşqçi: Maksim Pavlenko.
Araz: 12. Rövşən Hüseynov (k), 15. Hadi Əhmədi, 13. Amir Şocaei, 7. Ramiz Çovdarov, 8. İsa Atayev, 1. Emin Kürdov, 9. Maneka, 17. Felipinyo, 6. David Qustavo, 14. Murilo Borges, 18. Nurlan Mehdizadə, 20. Tofiq Mikayılov.
Baş məşqçi: Joze Alesio Da Silva.

Oxşar xəbərlər

“Araz” ilk qələbəsini qazandı - Çempionlar Liqası
"Araz-Naxçıvan" Ukrayna klubuna qarşı - Çempionlar Liqası
Heyətdə dəyişiklik edildi - Zədə səbəbindən
Kapitan Çempionlar Liqası oyunlarını buraxacaq - Zədə səbəbindən
“Araz-Naxçıvan”ın oyunlarını idarə edəcək hakimlər - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər