reklam
Emreli baş məşqçisiz qala bilər -
Sportfm.az xəbər saytı

Emreli baş məşqçisiz qala bilər -İstefa


Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" klubu baş məşqçisini dəyişdirməyə hazırlaşır.

Sportfm.az xəbər verir ki, ardıcıl məğlubiyyətlər Çeslav Mixneviçin istefaya göndərilməsinə gətirib çıxaracaq.

51 yaşlı mütəxəssisin rəhbərliklə münasibətləri də qaydasında deyil. Varşava təmsilçisi onun yerinə köməkçisi Pşemislav Maleçkini müvəqqəti baş məşqçi postuna təyin etməyi düşünür. 

Qeyd edək ki, “Legiya” 10 oyundan sonra Polşa çempionatında 9 xalla 15-ci pillədə qərarlaşıb. Komanda son olaraq XII turda "Pyats"a 1:4 hesabı ilə uduzub.

 

Oxşar xəbərlər

"Legiya"da nələr olur? - Mahir oynadı
"Legiya" təhlükə zonasında - Mahir Emreli də kömək etmir
"Legiya" çalışdırıcısını göndərdi - Müqavilə ləğv edildi
"Mahir qol vurmağa cavabdehdir" - "Legiya"nın baş məşqçisi
Mahir qol vursa da, "Legiya" uduzdu - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər