De Byazi Azərbaycan yığmasından gedir -Açıqlama
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Kosovo yığmasının sükanı arxasına keçmək istəyir.
Sportfm.az xəbər verir ki, italiyalı mütəxəssis bu barədə "indeksonline" nəşrinə açıqlamasında deyib.
O, sözügedən kollektivə başçılıq etməyə hazır olduğunu bildirib: "Mənə belə bir təklif gəlsə, qəbul edərəm. 1 aydan sonra AFFA ilə müqaviləm başa çatacaq. Amma Kosovo Futbol Federasiyası ilə danışığım olmayıb. Təkliflərə açığam və bu komandaya rəhbərlik etmək mənim üçün yaxşı olardı".
65 yaşlı mütəxəssis Bernar Şallandın Kosovo yığmasından istefa verməsinə təəssüfləndiyini söyləyib: "Onu yaxşı tanıyıram. Amma məşqçi işi belədir".
Qeyd edək ki, Şalland 2022-ci il dünya çempionatının seçmə mərhələsindəki uğursuz nəticələrdən sonra istefaya göndərilib. B qrupunda yer alan və keçirdiyi son iki oyunda Gürcüstana 1:2, İsveçə isə 0:3 hesabı ilə uduzan Kosovo 4 xalla sonuncu sırada qərarlaşıb.
Oxşar xəbərlər
“Azərbaycanda özümü çox yaxşı hiss edirəm” - AÇIQLAMA
De Byazinin millidəki taleyinə İcraiyyə Komitəsi qərar verəcək - AFFA
"Mənə yalnız jurnalistlər zəng edib" - Canni De Byazi
"Bütün diqqətim Azərbaycan millisindədir" - Canni De Byazi
"Qrupda ən yaxşı komanda olduğumuzu deyirlər" - Bernard Şalland
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası