Dörd yunan-Roma güləşçimiz mübarizəyə başlayır -Dünya çempionatı
Bu gün Azərbaycanın 4 yunan-Roma güləşçisi Norveçin paytaxtı Oslodakı dünya çempionatında mübarizəyə başlayacaq.
Sportfm.az xəbər verir ki, 55 kq çəki dərəcəsində çıxış edən dünya və Avropa çempionu Eldəniz Əzizli 1/8 final mərhələsində Koriun Sahradianla (Ukrayna) üz-üzə gələcək.
Ülvü Qənizadə 1/16 finalda İdris İbayevla (Almaniya), Sənan Süleymanov eyni raundda Kayratbek Tuqolbayevlə (Qırğızıstan), Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Rafiq Hüseynov (82 kq) isə Ranet Kaljola (Estoniya) ilə güləşəcək.
55 kq
1/8 final: Eldəniz Əzizli - Koriun Sahradian (Ukrayna)
72 kq
1/16 final: Ülvü Qənizadə - İdris İbayev (Almaniya)
77 kq
1/16 final: Sənan Süleymanov - Kayratbek Tuqolbayev (Qırğızıstan)
82 kq
1/16 final: Rafiq Hüseynov - Ranet Kaljola (Estoniya)
Xatırladaq ki, indiyədək Azərbaycanın yalnız sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşçilər isə yarışı medalsız bitirib.
Oxşar xəbərlər
5 yunan-Roma güləşçimiz medal qazana bilər - Avropa çempionatı
Azərbaycanın daha bir güləşçisindən bürünc - Dünya çempionatı
Son 3 güləşçimiz mübarizəyə başlayır - Dünya çempionatı
Rafiq Hüseynov dünya çempionu oldu
Güləşçilərimiz yarımfinala yüksəldi - Dünya çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası