"Azərbaycan yığmasını türk məşqçi çalışdırmalıdı" -AÇIQLAMA
“Adana Dəmirspor”un sabiq baş məşqçisi Samet Aybaba Türkiyə mətbuatına maraqlı müsahibə verib.
Sportfm.az xəbər verir ki, təcrübəli mütəxəssis yerli məşqçilərin ölkə xaricində çalışmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan millisinin “sükanı arxası”nda türkiyəli çalışdırıcı olmalıdır: “Bilirsiniz ki, Azərbaycan bizim qardaş ölkəmizdir. Azərbaycan millisinin başında bir türkiyəli yoxdur. İndiyə qədər bir nəfər də olsun türkiyəli məşqçi bu komandanı çalışdırmayıb. Belə şey olar? Bu ən sadədir. Məşqçilər məhdud dairələrdən çıxıb, bu ölkələrə də getməlidir”.
Qeyd edək ki, Azərbaycan millisinin hazırkı baş məşqçisi Canni de Byazidir. Müqavilə müddəti bu ilin sonuna qədər olan italiyalı çalışdırıcının yerinə namizədlərdən biri də Mustafa Dənzilidir.
Oxşar xəbərlər
Samet Aybaba millimizi çalışdıracaq - Növbəti iddia
AFFA yeni baş məşqçi ilə anlaşdı - İddia
AFFA-dan Samet Aybaba və Okan Buruk açıqlaması
"AFFA-nın məni seçməsi ən doğru addım olar" - Naci Şensoy
Azərbaycan klubu yenidən türkiyəli məşqçiyə tapşırıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası