reklam
Sportfm.az xəbər saytı

"Qalatasaray"ın oyunundakı erməni bayrağına görə iş açıldı -UEFA tərəfindən


UEFA-nın İntizam Komitəsi Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransada Marsel “Olimpik”i ilə Türkiyə “Qalatasaray”ı arasında keçirilmiş oyunda baş vermiş insidentlə bağlı intizam işi açıb. 
Sportfm.az xəbər verir ki, məsələyə oktyabrın 18-də baxılacaq. Qərar isə 4 gün sonra açıqlanacaq. 
Qolsuz heç-heçə ilə başa çatan görüş azarkeşlər arasındakı qalmaqala görə 37-ci dəqiqədə dayandırılıb. Hadisəyə yerli fanatların tribunada Ermənistan bayrağı açması səbəb olub. Hər iki komandanın azarkeşləri müxtəlif pirotexniki vasitələrdən istifadə edərək, bir-birilərinə məşəl atmağa başlayıblar. Polis iğtişaşın qarşısını almaq məqsədi ilə gözyaşardıcı qazdan istifadə edib.

Oxşar xəbərlər

Albaniya Futbol Federasiyasına qarşı intizam işi açıldı
UEFA “Marsel”ə qarşı iş açdı - “Qarabağ”la oyundan sonra
UEFA "Qalatasaray"ı cəzalandırdı - Avrokuboklarda azarkeşsiz oynayacaq
Polis futbolçulara qarşı gözyaşardıcı qazdan istifadə etdi - VİDEO
UEFA "Roma" - SSKA oyunu ilə bağlı intizam işi açdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər