"Rəşad Sadıqovun futbolçusu üçün mübarizə aparması alqışalayiqdir" -Şahin Diniyev
"Kimin komandaya daha hazırlıqlı olduğunu millinin baş məşqçisi Canni De Byazi bilir. Hərənin öz baxışı var. Mənim baxışıma görə, hardasa yaxşı və ya pis məqamlar mövcuddur. Hamının futbola öz baxışı var və özünə görə düzdür".
Sportfm.az xəbər verir ki, bu fikirləri açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev deyib. 55 yaşlı mütəxəssis kiminsə yığmaya çağırılıb-çağırılmamasını, kənarda qalmasını şərh etmək istəmədiyini bildirib.
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov klubdakı heç bir futbolçunun Azərbaycan millisinə çağırılmamasına təəccübləndiyini söyləyib. O, Şahin Diniyevin oğlu Coşqun Diniyevin son oyunlarında yaxşı çıxış etdiyini vurğulayıb.
Şahin Diniyevin sözlərinə görə, klubların baş məşqçiləri öz futbolçuları uğrunda belə mübarizə aparırsa, bu, alqışalayiqdir: "Həqiqətən klubdakı baş məşqçi futbolçusunun milliyə getməsi üçün çalışırsa, bu, çox önəmlidir. Mən oyunçulara bir-bir nəzər yetirmək istəmirəm. Kiminsə digərindən güclü və ya zəif olduğunu da söyləməyəcəyəm. Hər şeyin tərəzi gözü var. Yəqin ki, kimlərsə bildiyini deyir və edir".
Təcübəli mütəxəssis oğlu Coşqun Diniyevin yığmadan kənarda qalmasına münasibət bildirmək istəmədiyini söyləyib: "Mənim bu mövzuda cavabım səmimi alınmayacaq. Hər bir insanın fikrinə hörmətlə yanaşıram. Bayaq da dedim ki, əgər klub məşqçisi futbolçusu üçün dava edirsə, bu, alqışalayiqdir. Bundan artıq cavab verə bilmərəm".
Qeyd edək ki, oktyabrın 9-da İrlandiyanı qəbul edəcək Azərbaycan millisi 3 gün sonra Serbiyanın qonağı olacaq. (Report)
Oxşar xəbərlər
Şahin Diniyevlə Arif Əsədovun oğlu birlikdə çalışacaq - Diniyevdən dəvət
Rəşad Sadıqov yenə hakimlikdən şikayətləndi
"Diniyev kimi oyunçular qorunmalıdır" - Rəşad Sadıqov
"Ana-bacı qatilinin mənə qardaş deməsini qəbul edə bilmərəm" - Şahin Diniyev
"Övladlarımın yanına gedə bilmirəm" - Şahin Diniyev
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası