reklam
Şahin Diniyevlə Arif Əsədovun oğlu birlikdə çalışacaq -
Sportfm.az xəbər saytı

Şahin Diniyevlə Arif Əsədovun oğlu birlikdə çalışacaq -Diniyevdən dəvət


“Səbail”in yeni baş məşqçisi Şahin Diniyevin köməkçilərinin siyahısı dəqiqləşib.

Sportfm.az xəbər verir ki, Diniyev vaxtilə birgə çalışdığı köməkçilərindən Azər Məmmədovla Elmir Xankişiyevi paytaxt klubuna dəvət edib.

Onun daha bir köməkçisi öz oğlu Kərim Diniyev olacaq. Qapıçılarla iş üzrə məşqçi funksiyasını isə Arif Əsədovun oğlu Fuad Əsədov yerinə yetirəcək.

Şahin Diniyevin Xaliq Mərdanovu da “Səbail”ə gətirəcəyi gözlənilirdi. Lakin hazırda “Kəpəz”in əvəzedicilərinə rəhbərlik edən Mərdanovun paytaxt klubuna keçidi baş tutmayıb.

Diniyev “Şamaxı”ya icarəyə verilmiş müdafiəçi Adil Nağıyevi də “Səbail”ə qaytarıb. O, milli üzvünə ehtiyacı olduğunu bildirib. Bu üzdən də futbolçu əyalət klubundan ayrılaraq “dənizçilər”in düşərgəsinə dönüb.(Futbolinfo.az)

Oxşar xəbərlər

Arif Əsədovun oğlu qol vurdu, Bakı klubu bərabərə qaldı
Diniyevin 200-cü oyunu
Diniyev köməkçiləri açıqlandı - FOTO
“Səbail”də Şahin Diniyev dönəmi başladı - Təyinat
Arif Əsədovun oğlu məşqçi oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər