reklam
Azərbaycan millisi böyük hesabla uduzdu -
Sportfm.az xəbər saytı

Azərbaycan millisi böyük hesabla uduzdu -AÇ-2022


Azərbaycanın 17 yaşadək qızlardan ibarət millisi 2022-ci il Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

Sportfm.az xəbər verir ki, B liqasının 6-cı qrupunda yer alan kollektiv ilk turda Monteneqro ilə qarşılaşıb.

Albaniyanın Elbasan şəhərində gerçəkləşən görüş rəqibin 6:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycanın heyətində yeganə qolu 71-ci dəqiqədə penaltidən Aydan Həsənova vurub. Monteneqro yığmasında isə İvana Boriçiç (3), Tatyana Osmayiç (2) və Tanya Malesiya fərqlənib.

Qeyd edək ki, Azərbaycan millisi qrupda ikinci oyununu sentyabrın 30-da Albaniyaya qarşı keçirəcək.

Oxşar xəbərlər

Azərbaycan millisi Türkiyəyə böyük hesabla uduzdu - Avropa çempionatı
Azərbaycan millisi Albaniyaya uduzdu
Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı - Avropa çempionatı
Yenə böyük hesabla uduzduq - MDB Oyunları
Futzal yığmamız böyük hesabla uduzdu - MDB Oyunları

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər