reklam
Ələsgərov Bursada matça damğasını vurdu -
Sportfm.az xəbər saytı

Ələsgərov Bursada matça damğasını vurdu -VİDEO


Azərbaycan millisinin futbolçusu Namiq Ələsgərov "Bursaspor"un heyətində Türkiyə I Liqasında növbəti oyununu keçirib.

Sportfm.az xəbər verir ki, 26 yaşlı hücumçu "Samsunspor"u 4:1 hesabı ilə məğlub etdikləri V tur qarşılaşmasında meydana 61-ci dəqiqədə daxil olub. Həmin vaxt onun komandası 2:1 hesabı ilə öndə olub. 74-cü dəqiqədə "Bursaspor" azlıqda qalsa da, Ələsgərov daha 2 qolun vurulmasında fəal iştirak edib. Onun məhsuldar ötürmələri sayəsində "timsahlar" 84-cü və 90+6-cı dəqiqələrdə də fərqlənərək, böyük hesablı qələbəyə nail olublar.

Beləliklə, ilk qələbəsini qazanan "Bursaspor" xalını 4-ə çatdırıb və 12-ci pilləyə yüksəlib. "Samsunspor" isə 6 xalla 7-cidir.

Oxşar xəbərlər

Namik Ələskərov "Bursaspor"a qələbə qazandırdı
Namik Ələskərovdan "Bursaspor"da üçüncü qol - Türkiyə I Liqa
Namik qol vurdu, "Bursaspor" qələbə qazandı - Türkiyə 1-ci liqa
Namik Ələsgərov Türkiyədə qol vurdu, hakim hesaba almadı - VİDEO
Namiq Ələsgərov Bursada meydana çıxmadı, komandası xal itirdi - PTT

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər