
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Karateçilərimiz finala yüksəldi -MDB Oyunları
Bu gün Azərbaycan karateçiləri Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında mübarizəyə başlayıblar.
Sportfm.az xəbər verir ki, kata yarışlarında Həsənəli Həsənov finala yüksəlib. Kumitedə isə İnci Əzizova (50 kq), Əminağa Quliyev (60 kq) və Osman Osmanlı (+84 kq) həlledici görüşdə iştirak hüququna yiyələniblər.
Bundan başqa katada Ceyhun İsmayılov, kumitedə Mədinə Sadıqova (55 kq), Alika Semihova, Zəhra Allahverdiyeva (hər ikisi 68 kq), Sultan Hüseynov (60 kq), Nuran Rzazadə (67 kq), Fərid Ağayev (75 kq), Abbas Dadaşov, Hüseyn Hüseynzadə (hər ikisi 84 kq) bürünc medal uğrunda görüşə çıxacaqlar.
Medal qarşılaşmalar sentyabrın 11-də keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan yığması Türkiyəyə yola düşdü - İslamiada
Karateçilərimiz iki bürünc medal qazandı - MDB Oyunları
Karateçilərimiz mübarizəyə başlayır - MDB Oyunları
Gənc karateçilərimiz Xorvatiyada 10 medal qazandı - FOTO
3 idmançımız İtaliyada medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin