"Çox şadam ki, “Səbail”in uğurları üçün çalışacağam" -Yeni transfer
"Azərbaycan Premyer Liqasını artıq tanıyıram. “Qəbələ"nin heyətində “Səbail”ə qarşı oyunlar keçirmişəm".
Sportfm.az xəbər verir ki, bunu "Səbail"in yeni transferi Nikolas Raysel klubun rəsmi saytına açıqlamasında deyib.
Fransalı hücumçu "dənizçilər"in ötən mövsüm maraqlı oyun nümayiş etdirdiyini bildirib: "Sadəcə, bir çox hallarda bəxti gətirmədi. Lakin indi çox şadam ki, bu mövsüm “Səbail”in uğurları üçün çalışacağam".
28 yaşlı forvard azarkeşləri stadionlarda görəcəkləri üçün çox sevincli olduqlarını vurğulayıb: "Güclü komandamız var və kollektiv formalaşmaqda davam edir. Azakeşlərin dəstəyi isə komandaya həmişə lazımdır. Sözsüz ki, onların dəstəyi bizi daha böyük uğurlara aparacaq".
Qeyd edək ki, "Səbail" Azərbaycan Premyer Liqasının III turunda "Sumqayıt"ı qəbul edəcək. Sentyabrın 12-si “ASCO Arena”da oynanılacaq qarşılaşma saat 18:00-da başlayacaq.
Oxşar xəbərlər
"Sumqayıt" "Səbail"ə qalib gəldi - Misli Premyer Liqası
“Səbail”dən ayrılan futbolçu Belçika klubunda
“Səbail”də Rauf Əliyev sevinci - Məşqlərə başladı
"Səhv etmək olmaz" - "Qarabağ"ın oyunçusu
"Səbail" "Zirə"ni əliboş yola saldı YENİLƏNİR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası