reklam
Azərbaycanlı hakim Slovakiyanın oyununda -
Sportfm.az xəbər saytı

Azərbaycanlı hakim Slovakiyanın oyununda -Təyinat


Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Sportfm.az xəbər verir ki, 34 yaşlı baş hakim 2022-ci il dünya çempionatının Slovakiya və Kipr milliləri arasında keçiriləcək seçmə oyununu idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri, Elçin Məsiyev isə dördüncü hakim qismində yardımçı olacaq. 

VAR hakimləri italiyalı Massimiliano İrratti və Stefano Alassio, hakim-inspektor ingiltərəli Stefan Lodc, FIFA nümayəndəsi isə rumıniyalı Oktavian Qoqadır. 

Qeyd edək ki, sentyabrın 7-də Slovakiyanın paytaxtı Bratislavadakı Milli Stadionda təşkil olunacaq H qrupunun qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. 

Oxşar xəbərlər

Əliyar Ağayev Bolqarıstan millisinin oyununda - TƏYİNAT
Əliyar Ağayevə yeni təyinat - Konfrans Liqası
Əliyar Ağayevə növbəti təyinat - UEFA-dan
Əliyar Ağayev AVRO-2020-nin seçmə mərhələ matçını idarə edəcək
Əliyar Ağayev "Ortalıq"da olacaq - UEFA-dan təyinat

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər